• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1221
— 19.05.2022 20:02

Xeyriyyə aksiyasında daha 7 uşağa sevinc bəxş edilib

KepezTV Player

Gəncədə ötən ildən start verilən xeyriyyə aksiyası çərçivəsində Vətən müharibəsində canını fəda edərək ali zirvəyə yüksələn şəhidlərin övladlarının ad günləri qeyd olunur. Bu dəfə daha 7 şəhid övladının doğum günü münasibətilə onlara hədiyyələr verilib. Həm Azərbaycan, həm də ölkə xaricində yaşayan bir qrup xeyriyyəçilərin dəstəyi sayəsində həyata keçirilən aksiyada bu günədək Gəncə və ətraf rayonlardan olan  100-ə yaxın şəhid övladına sevinc bəxş edilib.