• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1682
— 19.05.2022 16:06

Gənclər Debat Forumu başa çatıb

KepezTV Player

Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə "Respublika Gənclər Debat Forumu: Yaz, 2022" layihəsi çərçivəsində keçirilən “Gəncə Gənclər Debat Forumu” layihəsinin final və mükafatlandırma mərasimi baş tutub. “Erkən nigahların qarşısının alınmasında ailə əsas faktordur”  mövzusunda keçirilən forumda iştirak edən gənclər maariflənib. Tədbirin sonunda isə ən yaxşı natiqlər, finalçı və qalib komanda mükafatlandırılıb. Layihənin məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə onların qərar vermə proseslərində, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etmək və erkən nikahlar, onun fəsadları haqqında gənclərin məlumatlılığını artırmaq, fikir mübadiləsi aparmaq olub. Layihənin təlimlər və regional forumları Bakı, Sumqayıt, Quba, Lənkəran, İsmayıllı, Biləsuvar, Şirvan, Ağdam, Mingəçevir, Şəki, Gəncə şəhərlərini əhatə edir.