• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2202
— 18.05.2022 20:41

Gənclər muzeylərdə olublar

KepezTV Player

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 18 may Beynəlxalq Muzeylər günü münasibətilə gənclərin muzeylərə ekskursiyası təşkil edilib. Gənclər Nizami Gəncəvinin məqbərəsi və onun yanında yerləşən şairin həyat və yaradıcılığını əks etdirən eksponatların sərgiləndiyi muzeyi, Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti muzeyini ziyarət ediblər. Ziyarətçilərə nümayiş etdirilən eksponatlar barədə ətraflı məlumat verilib. Ekskusiyada 60-dan çox gənc iştirak edib.