• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2064
— 18.05.2022 20:31

İlk dəfə pambıq səpinində yeni texnikadan istifadə edilir

KepezTV Player

Azərbaycanda ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Bitki Mühafizə Texniki Bitkilər Elmi Tədqiqat İnstitutuna Türkiyəistehsalı olan yeni pambıq səpən texnika hədiyyə olunub. Texnikadan pambıq səpininin həm seleksiya işlərində, həm də toxumçuluq işlərində istifadə olunacaq. Artıq yeni texnika sahədə təcrübədən də keçirilib.

Yeni gətirilən texnika Bitki Mühafizə Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun seleksiya şöbəsinə verilib. Şöbənin Samux rayonunda yerləşən 5 ha-a yaxın təcrübə sahəsində yeni pambıq səpən texnikanın sınağı həyata keçirilib.  Texnika ilə həm seleksiya işlərində, həm də toxumçuluq işlərində sort sınağında istifadə ediləcək. Əl əməyi olmadan 10-15 metrlik ləklərdə müxtəlif sortları asanlıqla əkmək mümkündür.

Müxtəlif pambıq sortlarını texniki işçilər 1 həftə ərzində əllə səpirdilərsə, bu texnikanın köməkliyi ilə yarım gün ərzində səpmək mümkündür.

İnstitutun elmi tədqiqatlar aparılan təcrübə sahəsində dünya kolleksiyasından olan 3 növdə 850-ə yaxın nümunə əkilir. Yaradılan yeni pambıq sortları rayonlaşmaq üçün  Dövlət Sort Sınaq Komissiyasına göndərilir.

Elnur Vahidoğlu