• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 907
— 17.05.2022 12:33

Şəmkirdə Dövlət Vergi Xidmətinin vəzifəli şəxsləri döyülüb

KepezTV Player

Mayın 14-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergi İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəisi Anar Məmmədli və Vergi ödəyicilərinin uçotu və Dövlət qeydiyyatı şöbəsinin baş hüquqşünası Emin Şirinovun təhqir olunmaları və onlara qarşı fiziki zor tətbiq olunması ilə bağlı Şəmkir rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla müəyyən edilib ki, Emin Şirinov və Anar Məmmədli sonuncunun idarə etdiyi avtomobillə Şəmkir şəhəri ərazisində hərəkətdə olan zaman Həbib Cəfərovun idarə etdiyi avtomobillə qəza şəraiti yaratması səbəbindən aralarında mübahisə baş verib, bu zaman Həbib Cəfərov və qohumu Ömər Həbibli heç bir əsaslı səbəb olmadan Anar Məmmədli və Emin Şirinovu təhqir edərək döyüblər.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda cinayət işi başlanıb. Cinayət işi üzrə istintaq davam edir.