• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 764
— 15.05.2022 20:21

DİM tərəfindən növbəti imtahanlar keçirilib

KepezTV Player

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi, dövlət qulluğuna qəbul üçün test imtahanı və əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı keçirilib. 9 illik təhsil səviyyəsi üzrə Gəncə də daxil olmaqla 15 şəhər və rayonda reallaşan imtahanda 14 mindən çox şagird iştirak edib. Gəncədə 3 binada təşkil olunan imtahana 3 ümumi rəhbər, 10 imtahan rəhbəri, 69 nəzarətçi-müəllim cəlb olunub. Saat 11-də başlayan imtahan 3 saat davam edib.