• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2030
— 15.05.2022 20:15

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

KepezTV Player

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinə ehtiram olaraq Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə anım mərasimləri keçirilib. Vətən müharibəsi şəhidləri Əkbər Mustafayev, Mirsədi Bağırlı, Şövqü İsmayılzadə, Baxış Rəhimli, Behbud Behbudlu və Elməddin Yusifovun xatirələrinə həsr olunan mərasimlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları, döyüş yoldaşları iştirak ediblər. Şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarxlar təqdim olunub. Mərasimlərdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı parlaq Zəfərin tarixi əhəmiyyətindən, Vətən müharibəsində igid oğullarımızın göstərdiyi qəhrəmanlıq nümunələrindən danışıblar. Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm edən musiqilər təqdim olunub.