Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində sonuncu görüşünü keçirəcək.37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın IX turunda ABŞ-ı təmsil edən Levon Aronyanla üz-üzə gələcək. O, qara fiqurlarla oynayacaq. Məmmədyarov I, V və VIII turlarda müvafiq olaraq ABŞ təmsilçilərinə uduzub. Təcrübəli şahmatçı II, III, IV və VI turlarda heç-heçə edib, VII turda isə FIDE bayrağı altında çıxış edən rusiyalı şahmatçıya qalib gəlib. Məmmədyarov hazırda 3 xalla Rapportla birlikdə 9-10-cu pillələri bölüşdürür. 5 xala malik Aronyan və So ilk pillələrdə yer alıb.Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır. Ötən il turnirin qalibi Şəhriyar Məmmədyarov olub.
- Baxış: 666