• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 777
— 12.05.2022 19:40

"Şuşa ili" töhfə: 5 dildə kitab çap edilib

KepezTV Player

“Şuşa ili” ilə bağlı olaraq Azərbaycan Milli Elmlər Akademiyyasının Gəncə bölməsinin gənc aliminin yeni kitabı nəşr olunub. Bişkekdə işıq üzü görən kitab 5 dildə çap olunub və Orta Asiya ölkələrində yayılması nəzərdə tutulub.

Azərbaycan Milli Elmlər Akademiyyasının Gəncə bölməsində "Şuşa ili" ili çərçivəsində “Qarabağ Azərbaycandır nidasından Şuşa ilinə” adlı kitab nəşr olunub. Gənc alim Əlimuxtar Muxtarovun müəllifi olduğu kitab Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Azərbaycan, rus, qırğız, türk və özbək dillərində çap edilib. Nəşrdə strateji mövqeyi ilə seçilən qədim Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmasından, işğal dövründə şəhərdəki tarixi və mədəni abidələrin vandalizmə məruz qalması, Vətən müharibəsində Şuşanın əsarətdən qurtulmasından bəhs olunur.

Vətəninin azadlığı uğrunda canından keçən şəhidlərə ithaf edilən kitab 100 səhifədən ibarətdir və 500 tirajla çap olunub

Əlimuxtar Muxatrovun ikinci kitabı olan “Qarabağ Azərbaycandır nidasından Şuşa ilinə” AMEA Rəyasət heyətinədə təqdim edilib.