• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2126
— 12.05.2022 19:56

4 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

KepezTV Player

Azərbaycanda koronavirus infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. İndiyədək ölkədə ümumilikdə 792 655 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 883 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 63 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 915, bu günə qədər isə ümumilikdə 6 845 234 test icra olunub.