• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 985
— 12.05.2022 16:19

Şəhər mühitinin yaxşılaşdırılmasına vəsait ayrıldı

KepezTV Player

Avropa Yenidənqurma və İnkişaf Bankı məişət tullantılarının idarə olunması sahəsində təkmilləşdirmələr üçün Gəncəyə 10 milyon avro sərmayə ayıracaq. Bankın birinci vitse-prezidenti Yurgen Rigterink, maliyyə naziri Samir Şərifov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun imzaladığı birgə sazişlə tullantıların ağıllı toplanması və marşrutun optimallaşdırılması sistemləri tətbiq ediləcək.“Yaşıl Şəhərlər” proqramına əsasən ayrılan vəsait hesabına Gəncədə yeni konteyner növləri, mövcud tullantı parkının təkmilləşdirilməsi və daha “yaşıl” nəqliyyat vasitələrinin tətbiqi mümkün olacaq. Bu da şəhərin kommunal xidmətlərində karbon izinin əhəmiyyətli dərəcədə azalmasına imkan verəcək. İmzalanan razılaşma müasir regional sanitar poliqonun tikintisi ilə bərk məişət tullantılarının təkmilləşdirilməsinin başa çatdırılmasına yönəlmiş növbəti layihəyə yol açacaq, tullantıların nəzarətsiz yandırılmasını minimuma endirəcək, eyni zamanda əhalinin sağlamlığının və ümumi ətraf mühitin yaxşılaşmasına imkan verəcək. Bu tədbirlər həmçinin kommunal xidmət sahəsi işçilərinin iş şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır.