• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 770
— 12.05.2022 12:23

AQTA-nın fitosanitar monitorinqi davam edir

KepezTV Player

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə fitosanitar  vəziyyətin qiymətləndirilməsi üzrə monitorinqlər davam etdirilir. Agentliyin Gəncə regional bölməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə növbəti monitorinqi Gəncənin Heydər Əliyev Park-Kompleksində həyata keçirib. Fitosanitar monitorinq nəticəsində dekorativ ağac, kol və gül bitkilərinin mövcud vəziyyəti yerində təhlil edilib, nəticədə bitki və bitkiçilik məhsullarına ziyan verən zərərli orqanizmlərlə zəif sirayətlənmə müşahidə edilib. Aşkar olunan hallarla bağlı müvafiq aqrokimyəvi və aqrotexniki tədbirlərin həyata keçirilməsi üçün sahə aqronomuna və nazirliyin əməkdaşlarına müvafiq tövsiyyələr verilib.

Agentlik əməkdaşları tərəfindən Goranboyun Qızılhacıllı qəsəbəsində yerləşən istixanadakı bitkilərdən də nümunələr götürülüb və laboratoriyaya göndərilib. İstixana rəhbərliyinə mütəmadi olaraq aqrokimyəvi və aqrotexniki tədbirlərin keçirilməsi, zərərverici ilə sirayətlənmə hallarının minimuma endirilməsi ilə bağlı tövsiyyələr verilib. Agentlik tərəfindən ətraf mühitin və əhalinin sağlamlığını qorumaq, həmçinin, əhalini təhlükəsiz qida məhsulları ilə təmin etmək məqsədi ilə müşahidələr mütəmadi olaraq davam etdirilir.