Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			11.05.2022 19:50		
		Rus bölməsində təhsil alacaq şagirdlərin müsahibəsinə başlanılıb
KepezTV Player
					  
					  					  				Gəncə şəhərində bu tədris ilində 19 məktəbdə rus bölməsində 794 şagird məktəbə hazırlıq qrupunda təhsil alıb. Mayın 11-dən başlayaraq hazırlıq qruplarına cəlb olunan uşaqlar şəhərin 4, 7 və 25 nömrəli orta məktəbində mərkəzləşmiş qaydada müsahibədən keçirlər. Şəhər təhsil idarəsinin 3 inskpektoru şagirdlərin dinləmə və rus dilində ünsiyyət qurma bacarıqlarını yoxlayır. Müsahibə mayın 31-dək davam edəcək. Bundan sonra məktəbəhazırlıq qruplarına cəlb olunmayan uşaqların birinci sinfə qəbulu da elektron qaydada həyata keçiriləcək.
- Baxış: 628
 
