• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2166
— 11.05.2022 16:11

Universitetlər arasında əməkdaşlığın dərinləşməsi məmnunluq yaradır

KepezTV Player

Gəncədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin Türkiyənin bir çox universitetləri ilə qarşılıqlı əməkdaşlığından Ege Universitetinin rektoru Necdet Budakla şəhərin icra başçısı Niyazi Bayramovun görüşündə danışılıb. Qurulan əlaqələrin nəticəsi olaraq, birgə elmi tədqiqatların aparıldığı, konfrans, seminar və simpoziumların təşkil olunduğu, müəllim və tələbə mübadiləsinin həyata keçirildiyinə diqqət çəkilib. Ələxsus da Azərbaycanda aqrar mütəxəssis yetişdirən yeganə universitet olan Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin ən böyük ali təhsil müəssisələrindən olan Ege Universiteti arasında əlaqələrin dərinləşməsinin sevindirici hal olduğu vurğulanıb. İzmirdə fəaliyyət göstərən Ege Universitetinin təhsilin keyfiyyətinə görə Türkiyə və dünyada tanınan bu ali təhsil müəssisəsi olduğu önə çəkilib. 80 minə yaxın tələbəsi olan ali məktəbin Aqrar Universitetlə imzaladığı ikili diplom proqramları barədə müqaviləyə əsasən hər il 120 tələbə 3 il ADAU-da, 1 il isə Ege universitetində ödənişsiz təhsil almaq imkanı qazanıb.