• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1509
— 09.05.2022 19:21

Minə yaxın kitab hədiyyə edilib

Kəlbəcər rayon İcra Hakimiyyətində Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə əlaqədar “Qarabağa kitabla gedək” layihəsinə başlanılıb. Bakı Dövlət Universtetindən Kəlbəcər rayon Kitabxanasına hədiyyə edilən nəşrlərlə tanışlıq olub. Nəşrlər arasında bədii, tarixi kitablarla yanaşı Ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən nəşrləq çoxluq təşkil edir. “Qarabağa kitabla gedək” layihəsinə ilin əvvəlində start verildiyi və bu aksiya çərçivəsində 55 mindən çox kitab toplanıldığı vurğulanıb. 30 ilə yaxın işğal altında qalan ərazilərdə ümumilikdə 975 kitabxana binası və 4,6 milyon nüsxədən artıq kitab ermənilər tərəfindən talan və məhv edilib. Bu layihəyə ziyalılar, yazıçı və şairlər, nəşriyyatlar və bir çox vətəndaşlar könüllü olaraq qoşulub. Tədbirin davamında həyatının mənasını xalqa və dövlətə xidmətdə görən, millət fədaisi Heydər Əliyevə həsr olunan videoçarx nümayiş etdirilib.