• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1925
— 08.05.2022 20:35

Şuşada Beynəlxalq Kulinariya Festivalı başa çatıb

KepezTV Player

Bəli, həmkarımızın dediyi kimi, Şuşa əvvəlki simasına qayıdır. festivallar, bayramlar təşkil edilir.Onlardan biri də Beynəlxalq Kulinariya Festivalı idi. Festival artıq başa çatıb. Tədbirdə Belçika, Çexiya, Fransa, İtaliya, İsrail, Kanada, Koreya Respublikası, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələr qida sahəsi üzrə beynəlxalq ekspertlər və blogerlər ilə təmsil olunub.12-14 may tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada V Xarıbülbül Beynəlxalq Folklor Festivalının keçirilməsi də nəzərdə tutulub. İlk dəfə 1989-cu ildə keçirilmiş və Seyid Şuşinskinin 100 illik yubileyinə həsr edilmiş festival II Qarabağ müharibəsində qazanılmış parlaq zəfər nəticəsində 30 illik fasilədən sonra 2021-ci ilin 12-13 may tarixlərində Şuşada Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən keçirilib. Sayca beşinci festivalda 10 ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin iştirakı nəzərdə tutulur.