• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1934
— 07.05.2022 20:24

Pulsuz hüquqi yardım aksiyası keçirilir

KepezTV Player

Gəncədə şəhid ailələri, qazilər və aztəminatlı ailələr üçün pulsuz hüquqi yardım aksiyasına başlanılıb. Aksiyada ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar və onların uğurlu nəticələri barədə danışılıb. Görülən məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz dinamik inkişaf etdiyi, vətəndaşların  sosial müdafiəsi, rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi vurğulanıb. Seçici müraciətlərində qaldırılan bir sıra məsələlərin hüquqi məsələlərlə əlaqədar olduğu müşahidə olunur. Millət vəkilləri seçicilərə hüquqi yardım göstərilməsi ilə bağlı tədbirlərin keçirilməsinin bu məsələlərin həllinə dəstək olacağını bildiriblər.