• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1475
— 07.05.2022 11:58

Qaydaları pozan sürücülər inzibati məsuliyyətə cəlb olunublar

KepezTV Player

Göygöl Rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə nəzarət-profilaktik tədbirlər davam etdirilir. Keçirilən tədbirlərlə avtomobillərində konstruksiya dəyişikliyi edən sürücülərin nəqliyyat vasitəsiləri saxlanılaraq müvəqqəti duracağa gətirilməsi təmin edilib. Polis əməkdaşları qayda pozuntusuna yol verən gənclərlə izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyini çatdırıblar. Qaydaları pozan sürücülər barəsində qanunamüvafiq tədbir görülərək inzibati məsuliyyətə cəlb olunublar.