• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1923
— 06.05.2022 20:43

"Şuşa ili" ilə bağlı musiqili tədbir

KepezTV Player

Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbində “Şuşa Qarabağın döyünən ürəyidir” adlı tədbir keçirilib. Azərbaycanın tanınmış incəsənət xadimlərinin fotolarından ibarət sərgi ilə tanışlıq olub. Musiqi məktəbinin orkestrinin ifasında vətənə həsr edilən mahnının ardından şagirdlər Şuşaya aid səhnəciyə tamaşa ediblər. Tədbirin keçirilməsində əsas məqsəd Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq, təbliğ etmək, yetişməkdə olan nəslə çatdırmaqdır.  Tədbirdə işğal dövründə törədilən dağıntılardan söz açılıb, Vətən həsrəti səhnəciklərlə, mahnılarla, şeirlərlə xatırlanıb.