• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1249
— 06.05.2022 20:35

Yanğın təhlükəsizliyi qaydaları izah edilib

KepezTV Player

“Ölkə ərazisində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması” mövzusunda Gəncədə regional müşavirə keçirilib. Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Daxili İşlər və Kənd Təsərrüfatı nazirliklərinin, Baş Prokurorluğun rəsmilərinin və 13 regiondan fermer və kənd təsərrüfatı mütəxəsislərinin iştirak etdiyi müşavirədə yanğına şərait yaradan hallara qarşı birgə mübarizəyə çağırış edilib. İnsan amili və digər səbəblərdən yaranan yanğınlar və onların qarşısının alınması istiqamətində maarifləndirici məlumatlar verilib. Qarşıdan gələn yay mövsümündə meşə və yaşıllıq ərazilərdə yanğın hadisələrinin qarşısını almaq üçün kənd təsərrüfatı ilə məşğul olan fermerlər, meşə ətrafında yaşayan kənd sakinlərinin odla ehtiyatlı davranması, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməsi, biçindən sonra sahələrə od vurmamaq, təbiət qoynunda olarkən təhlükəsizlik qaydalarına əməl etmək, yanğına şərait yaradan bütün hallara qarşı birgə mübarizənin vacibliyinə toxunulub. Biçin dövründən sonra sahələrinin yandırılmaması tövsiyyə edilib. Tədbirdə həmçinin 30 il işğal altında olan torpaqlarımızda ermənilərin törətdiyi ekocinayətdən də danışılıb.