• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1175
— 06.05.2022 21:37

Aqrar sahədə aktual problemlərdən danışılıb

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunan “Heydər Əliyev və Azərbaycanın kənd təsərrüfatı” adlı respublika elmi-praktiki konfransı keçirilib. Konfransda Ulu öndərin respublikamızda kənd təsərrüfatının inkişafı istiqamətindəki əvəzedilməz fəaliyyətindən bəhs edilib. Bu gün də bu siyasətin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edilib. Məruzəçilər aqrar sahədə mövcud olan aktual problemlərə həsr olunan müxtəlif mövzular haqqında təqdimatlarla çıxış ediblər.