• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1139
— 06.05.2022 12:57

Azad olunan ərazidə ilk beynəlxalq yarış

KepezTV Player

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasındakı son dəyişikliklərdən sonra qurumun fəaliyyətində canlanma yaranıb. Federasiya tərəfindən ilk olaraq ənənəvi keçirilən Prezident Kuboku reqatası bərpa edilib. Beynəlxalq səviyyəli yarış ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilib. Turnir Suqovuşanda təşkil olunub.

Vətən müharibəsi zaman işğladan azad edilən Suqovuşan qəsəbəsində keçirilən avarçəkmə, kayak və kanoe üzrə Prezident Kuboku reqatası da ilk beynəlxalq yarış olub.Yarışın açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən ərazilər üzrə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Vətən müharibəsi qaziləri, müxtəlif federasiyaların rəsmiləri və digər qonaqlar iştirak ediblər. Çıxış edənlər yarışın əhəmiyyətindən, gələcək planlardan danışıblar. Rəsmi hissədən sonra su şousu təşkil olunub. Şouda yarış iştirakçısı olan ölkələrin bayraqları, eyni zamanda su üzərində müxtəlif tryuklar nümayiş olunub.

Suqovuşan su anbarında təşkil olunan mübarizəyə 5 ölkənin - Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı qatılıb. Onlar 1 nəfərlik kanoe, 1 nəfərlik və 2 nəfərlik kayak qayıqlarında yeniyetmələr və gənclər arasında 200 metr və 500 metr məsafələrə yürüş ediblər.

Beynəlxalq Prezident Kuboku reqatasının birinci gününün yekunlarına əsasən, yeniyetmə və gənclər arasında 5 yaş kateqoriyasında təşkil olunan yarışlarda Azərbaycan komandası 7 qızıl, 10 gümüş və 8 bürünc medal qazanıb. Reqataya mayın 7-də Mingəçevirdə keçiriləcək akademik avarçəkmə yarışları ilə yekun vurulacaq.