• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1217
— 06.05.2022 11:04

Mübahisə zamanı ürəyindən bıçaqlandı

KepezTV Player

Tovuz sakini qətlə yetirilib. Hadisə mayın 5-i saat 18 radələrində rayonun Əyyublu kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü Bəxtiyar Əkbərovla həmkəndlisi, 1988-ci il təvəllüdlü Tural Hüseynovun arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Nəticədə Bəxtiyar Əkbərov ürək nahiyəsindən bıçaqla xəsarət alıb və dünyasını dəyişib. Qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən Tural Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci - Qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.