• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1671
— 06.05.2022 11:01

Gəncədə quldurluqda şübhəli bilinən şəxslər saxlanılıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxslərin kimliyi məlum olub. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, şəhər sakinləri əvvəllər məhkum olunmuş Samir Məmmədov və Yaşar Hüseynov cari ilin mart ayında vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq əllərindəki odlu silah ilə sakinləri hədələrək pul tələb ediblər. Həmin şəxslər saxlanılaraq istintaqa təhvil verilən zaman cinayətdə istifadə olunan odlu silah da müəyyən olunaraq götürülüb. Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.