• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2565
— 05.05.2022 12:01

Əhalinin rahat gediş-gəlişi təmin edilib

KepezTV Player

Goranboy rayonunun Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolu yenidən qurulub. 14 min nəfər əhalinin yaşadığı, 6 yaşayış məntəqəsini birləşdirən yolun uzunluğu 16 kilometrdir. Əhalinin rahat gediş-gəlişini təmin edəcək yol 2 hərəkət zolaqlıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən görülən işlər çərçivəsində 2 ədəd körpü təmir edilib, 5 avtobus dayanacağı inşa edilib, yol nişanları və məlumatverici lövhələr quraşdırılıb.