• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 985
— 05.05.2022 12:26

Yanğının söndürülməsində fərqlənənlər təltif edilib

KepezTV Player

Prezident İlham Əliyev “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi zamanı fərqlənən Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, vəzifə borcunu yerinə yetirərkən xüsusi fərqlənən və fədakarlıq göstərən hər iki nazirliyinin bir qrup əməkdaşı “İgidliyə görə”, “Hərbi xidmətlərə görə” və 3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.