• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 778
— 04.05.2022 19:32

“Şuşa qələbəmizin şanlı səhifəsidir”

KepezTV Player

Gəncədə mərkəzi kitabxananın 6 saylı Gənclər filialında “Şuşa ili” ilə əlaqədar “Şuşa qələbəmizin şanlı səhifəsidir” başlığı altında ədəbi bədii gecə keçirilib. Milli mədəniyyətimizin, incəsənətimizin beşiyi olan Şuşanın azərbaycan ordusu tərəfindən qəhrəmanlıqla azad olunmasından danışılıb. Balaca fidanlar musiqilər, şeirlər səsləndirib, səhnəciklər nümayiş etdiriblər. İncəsənət mərkəzinin şagirdləri tərəfindən sərgi keçirilib.Tədbirdə kitabxananın fəal oxucuları, məktəb və körpələr evinin uşaqları, həmçinin incəsənət məktəbinin şagirdləri iştirak ediblər.