• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2047
— 04.05.2022 19:14

Regional Təhsil İdarəsinin müdiri ictimaiyyətə təqdim olunub

KepezTV Player

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev ictimaiyyətə təqdim edilib.

Bununla bağlı Gəncə Şəhər Təhsil İdarəsinin binasında tədbir keçirilib. Yeni yaradılan Regional Təhsil İdarələrinin əhəmiyyətindən danışılıb.Bu proses ölkəmizdə aparılan təhsil islahatının növbəti mərhələsidir. Məqsəd təhsilin dövlət standartlarına uyğun həyata keçirilməsinə  nəzarətin gücləndirilməsi və təhsil nəticələrinin daha da yaxşılaşdırılmasıdır.Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində Gəncə, Naftalan Şəhər Təhsil idarələri, Daşkəsən, Göygöl, Samux və Goranboy Rayon Təhsil şöbələri var.