• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1126
— 04.05.2022 17:21

Əhməd Cavadın yubiley tədbirlərinə başlanılıb

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyinin qeyd edilməsi ilə bağlı ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncama əsasən silsilə tədbirlərə başlanılıb. Bu tədbirlər çərçivəsində Gəncədə Heydər Əliyev mərkəzində Mərkəzi Kitabxana tərəfindən şairin yığıncaq təşkil edilib. Tədbirdə Əhməd Cavadın ailə üzvləri, Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, ziyalılar və məktbəlilər iştirak ediblər. Ədibin həyat yolundan danışılıb, onun vətənə, torpağa, yaradıcılığa bağlı bir insan olduğu diqqətə çatdırılıb. Həmçinin, şagirdlər tərəfindən şairin qələmə aldığı şeirlər səsləndirilib.