• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 774
— 04.05.2022 12:51

Yol hərəkəti qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunublar

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Qeyd edilməlidir ki, saxlanılan şəxslərdən bir neçəsi daha əvvəldə anoloji inzibati xəta törədərək məsuliyyətə cəlb olunub.Bundan başqa onların arasında Vətən Müharibəsi qazilərinin olması isə təssüf doğuran haldır.