• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2159
— 03.05.2022 19:39

Prezident İlham Əliyev israilli həmkarını təbrik edib

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda bu gün Azərbaycan-İsrail əlaqələrinin əhatə dairəsinin genişlənməsinin, bir sıra mühüm sahələrdə ölkələrimizin fəal əməkdaşlığının məmnunluq doğurduğu bildirilib. Dövlət başçısı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərində İsrail şirkətlərinin iştirakını xüsusi qeyd edib.