• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1044
— 03.05.2022 20:11

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

KepezTV Player

Mayın 2-i saat axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Müdafiə Nazirliyinin digər məlumatında Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyasının davam etdirildiyi bildirilib. Məlumata görə, döyüş sursatlarının utilizasiya prosesi mayın 4-dən 7-dək Seyfəli poliqonunda həyata keçiriləcək.