• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2264
— 01.05.2022 20:09

Maştağadan olan şair Gəncəli

KepezTV Player

Gəncədə Azərbaycan poeziyasının layiqli nümayəndəsi, Sovet ədəbiyyatının sütunlarından olan, öz dövründə populyarlıq qazanaraq nəsildaşlarının içində seçilən, şeirləri nəğmələrə çevrilərək dodaqlarda gəzişən, pyesləri teatr səhnəmizə yeni nəfəs gətirən şair, dramaturq Novruz Gəncəlinin anadan olmasının 100 illiyi qeyd olunub. Novruz Sadıqov  Bakının Maştağa kəndində anadan olsa da, atası vəfat etdikdən sonra qardaşının işi ilə əlaqədar Gəncəyə köçüb və uzun illər burada yaşayıb. Novruz Gəncəli Gəncədə olarkən həyatı, ətrafı, təbiəti dərk edib, insan hisslərinə burada bələd olub, duyğuların poetik həllini tapıb. Elə ona görə də, Əhməd Cəmil gənc şairə “Gəncəli” təxəllüsünü verib. Təsadüfi deyil ki, yubiley tədbiri də ömrünün sonuna qədər qələminin şirə çəkdiyi şəhərin adını öz təxəllüsündə şərəflə daşıyan Gəncədə keçirilib və şairin ən məşhur əsərləri burada səsləndirilib.