• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1019
— 29.04.2022 19:50

İcra başçısına “Gənclərin dostu” mükafatı verildi

KepezTV Player

"İslahatçı Gənclər" İctimai Birliyinin üzvləri “Dini radikalizm və ekstemizmə qarşı mübarizədə gənclərin rolunun artırılması” layihəsi çərçivəsində Gəncədə İcra başçısı Niyazi Bayramovla görüşüblər. Söhbət zamanı ölkədə aparılan gənclər siyasətindən, Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda böyüdüyündən danışılıb. “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən Niyazi Bayramov gənclərin təşəbbüsünün dəstəklənməsinə və dövlət gənclər siyasətinin uğurla icrasına verdiyi dəstəyə görə “Gənclərin Dostu” Milli Mükafatı Fəxri Diplomu ilə təltif edilib.