Bu günə xəbərlərin oxunma sayı: 666
—
29.04.2022 12:04
Sənaye parkı ərazisindəki yanğın söndürülüb
KepezTV Player
Sumqayıt sənaye parkı ərazisində baş verən yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, görülmüş operativ və təxirəsalınmaz tədbirlər, o cümlədən yanğınsöndürmə qüvvələrinin peşəkar və fədakar fəaliyyəti sayəsində Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın saat 08:24-də söndürülüb. Hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür.
- Baxış: 1295