• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1566
— 28.04.2022 20:05

"Şahin"lərn zona yarışı baş tutub

KepezTV Player

44 günlük Vətən müharibəsində qələbəmizə töhvə verən gənclərimizin əksəriyyəti vətənpərvərlik ruhunda böyüyən, orta məktəbdə oxuyarkən işğal haqda tarixi biliklər alan, eyni zamanda hərbi hazırlığa yiyələnənlərdir. Sonuncu məqamın döyüşlərə qatılanlara daha çox təsir etdiyini desək səhv etmərik. Hərbi hazırlıqla bağlı şahin hərbi idman oyunları məktəblilərin döyüş əzminin yüksək səviyyədə olmasına şərait yaradır. Pandemiya səbəbindən iki ildir ki, keçirilməyən, cari ildən isə bərpa edilən yarışların Gəncədə zona mərhələsi keçirilib.

N saylı hərbi hissədə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan şahin hərbi idman oyunlarının zona yarışına maraq böyük olub. Bu il mübarizələrə əvvəlki illərdən fərqli 12 kollektiv qatılıb. Oyunlarda qərb bölgəsində yerləşən 11 şəhər və rayon, eləcə də Oğuz komandası iştirak edib.

Orduya hazırlıq mərhələsində vacib olan və Gənclər və İdman Nazirliyi tərəfindən xüsusi diqqət ayrılan oyunların kütləvi xarakter almasına, həmçinin  yarışların ilbəil daha da təkmilləşdirilməsinə səy göstəriləcək.

Ötən illər ərazində şahin hərbi idman oyunlarının iştirakçıları arasında olanlar Vətən müharibəsində şücaəti, qəhrəmanlıqları ilə düşmənə ordumuzun gücünü göstərib. Döyüşlərdə şəhidlik zirvəsinə yüksələn, eyni zamanda qazi olanlar da məhz bu cür yarışlarda vətən sevgisini, hərb bacarığını qazanıblar.

Sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf edilməsi, mülki müdafiə hazırlığı və çadırın qurulması çalışmaları ilə bacağını göstərən məktəblilər qazandıqları bilikləri gələcəkdə ordu sıralarında tətbiq edəcəklər. Bu baxımdan yarışın önəmini xüsusi qeyd etmək olar. Şagirdlər qədər, hərbi hazırlıq müəllimləri də oyunlara həssas yanaşmalı və yarışlara yetirmələrini yüksək səviyyədə hazırlımalıdırlar.

Gəncədəki oyunların zona mərhələsində Oğuz və Samux komandaları bütün növlərdə hamını qabaqlayaraq final mərhələsinə vəsiqə qazanıblar. Bakı keçiriləcək həlledici yarışlarda 9 zonadan 18 komanda yarışacaq. Qalib komanda mayın 10-da bəlli olacaq.