• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1754
— 28.04.2022 20:03

"Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans

KepezTV Player

“Azərbaycan Cənubi Qafqazın inteqrasiyalı modelini təklif edib. Hazırda region çox dağınıqdır, ona görə də insanlar arasında daha çox əlaqələr, daha çox təmas qurmaq lazımdır”. Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşada beyin mərkəzlərinin “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı konfransının açılışında deyib.“Biz buna hazırıq, indi top Ermənistandadır deyən Hacıyev kommunikasiyaların açılmasından danışıb. Orta dəhliz yeni reallıqlarda xüsusi əhəmiyyət kəsb edir. Ermənistan bunun bir hissəsi ola bilərmi? Əlbəttə ki, hə. Amma biz Ermənistanın qərar verməsini gözləyə bilmərik, ona görə də Azərbaycan İranla danışıqlar aparıb və paralel nəqliyyat marşrutunun qurulması imkanları barədə razılığa gəlib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov isə deyib ki, Azərbaycan regional proseslərə yaxşı inteqrasiya edib. Ermənistanın da bu imkandan yararlanmaq imkanları var. Heç olmamaqdansa, gec olmağı yaxşıdır", - deyə o bildirib.

Rumıniya baş nazirinin müşaviri Yulian Çifu isə vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərinin bərpa sürəti heyrətləndirir. Bütün dünyada zəruri infrastrukturun bu cür sürətlə yaradılması üzrə bir neçə nümunə göstərmək olar və Qarabağ bu nümunələrdən biridir.***Latviya Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks də Şuşaya səfər edib.  Bununla da Pabriks türkiyəli həmkarı Hulusi Akardan sonra Azərbaycanın mədəniyyət paytaxtına səfər edən ikinci xarici ölkənin müdafiə naziri olub. Pabrikis Şuşada latviyalı rəssamların atlara həsr olunan sərgisinə qatılıb. Bu sərgi də Azərbaycanın Şuşaya qayıdışını, bu yerlərdə sülh və sabitliyin bərqərar olmasını göstərən əlamətdar hadisədir deyə müdafiə naziri qeyd edib Forumda dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertləri, tədqiqatçı-alimlər və media nümayəndələri iştirak edib.