• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1841
— 28.04.2022 16:06

Gözlərə nur verən alimin xatirəsi yad edilib

KepezTV Player

Goranboyda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunan tədbir keçirilib. Zərifə Əliyevanın şərəfli ömür yolundan söhbət açılan tədbirdə  onun gənc nəslin milli-mənəvi tərbiyəsində mühüm nümunə yaratdığı, Azərbaycanda traxomanın xəstəlik kimi ləğv edilməsində xidmətlərindən söz açılıb. Ölkəmizdə oftalmologiyanın inkişafına töhfələr verən akademikin ictimai fəaliyyəti də cəmiyyət üçün faydalı hesab edilib. Xeyirxahlıq və humanizm mücəssəməsi olan Zərifə Əliyevanın Azərbaycanda səhiyyə sahəsində əldə olunan nailiyyətlərdə böyük zəhməti vurğulanıb. Görkəmli alimin elmi fəaliyyyəti və tədqiqatlarında oftolmalogiyanın ən çətin sahələrinə müraciət etdiyi, onun fəaliyyətinin tək Azərbaycanda deyil, dünyada yüksək qiymətləndirildiyinə diqqət çəkilib.