• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2474
— 27.04.2022 19:40

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi davam edir

KepezTV Player

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 45 km-lik hissəsində torpaq yatağının inşası davam etdirilir. Yol başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarının yaxınlığından keçən hissəsindən götürür. Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 km olan yeni avtomobil yolunun da inşası icra olunur. Qeyd edilən yolların ümumi uzunluğu isə 70,4 km-dir. Tikinti işlərinin gələn il yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.