• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 787
— 28.04.2022 11:59

Müalicə-sağlamlıq sahəsində əlaqələr genişlənir

KepezTV Player

Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk Naftalanın turizm imkanları ilə tanış olub. Ulu Öndər Heydər Əliyevin abidəsini və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərin xatirəsinə ucaldılan Memorial Kompleksi ziyarətlə başlayan səfər zamanı qonağa şəhərdə fəaliyyət göstərən müalicə-sağlamlıq məkanlarında göstərilən xidmətlər barədə ətraflı məlumat verilib. Möcüzəvi şəfası ilə bütün dünyada məşhur olan Naftalan neftinin tarixi, müalicəvi xüsusiyyətləri, neftlə yetmişə yaxın xəstəliyin müalicə edildiyi, “Ağ Naftalan yağı”nın əsasında yaradılan yeni preparatlardan danışılıb. Naftalanda fəaliyyət göstərən müasir otel və sanatoriyalarda olan baş konsul Naftalan nefti ilə həyata keçirilən prosedurlarla yaxından tanış olub. Zəki Öztürk Türkiyənin Sarıkaya rayonunda da müalicəvi əhəmiyyətli termal hotellərin olduğunu vurğulayaraq, gələcəkdə hər iki şəhər arasında əlaqələrin genişlənməsi barədə fikirlər irəli sürüb.