• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1014
— 27.04.2022 19:44

Psixoloqa müraciət etməkdən niyə çəkinirik?

KepezTV Player

Son illər ölkəmizdə və dünyada psixoloqlara ehtiyac artmaqdadır. Üst-üstə yaşanan gərginlik, stress, depresiya gün keçdikcə psixoloji pozuntuya çevrilir. Bu gün dünyada hər 4 nəfərdən biri bu problemdən əziyyət çəkir. Buna görə də dünyanın aparıcı ölkərində psixoloqlara müraciət edənlərin sayının çox olduğunu görürük. Bəs Azərbaycanda insanlar niyə psixoloq məsləhətinə az ehtiyac duyurlar? Sujetdə daha ətraflı.

Soğudan da göründüyü kimi problemi yaranan zaman psixoloqa müraciət edənlər var, amma bu say yetəri qədər deyil. Başlıca səbəb insanların psixoloq məsləhətinə ehtiyac yarandığının fərqində olmaması və bu prosesin cəmiyyətdə birmənalı qarşılanmamasıdır.

Bəzən insanlar emosiyalarını biruzə verməkdən də çəkinirlər. Elə bu səbəbdən mütəxəssisə müraciət etməkdən boyun qaçırırlar.

Hansısa problemi olan insana "Heç psixoloqa müraciət etmisən?" sualı verəndə əksər vaxt bu cavabla qarşılaşırıq. "Mən özüm elə psixoloq kimiyəm, nə ehtiyacım var ki?" Ancaq mütəxəssislər bununla razılaşmır.

Terapiyanın ən vacib şərti daxili narahatlığı zamanında təmin edib gec olmadan psixoloqa müraciət etməkdən ibarətdir. Problemlərin öhdəsindən təkbaşına gəlmək kimi ağır yük bəzən insanın ruhi sağlamlığına zərər vurur.

Aişə Rzayeva