• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1250
— 27.04.2022 19:57

Azərbaycanda yeni agentlik yaradılıb

KepezTV Player

Prezident İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. Sənədə əsasən “Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyəti publik hüquqi şəxs statuslu Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilib. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Milli Geoloji Kəşfiyyat Xidmətinin əsasında Nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxs yaradılıb.