• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 772
— 27.04.2022 16:13

Peşə təhsili mərkəzində “Açıq qapı” günü

KepezTV Player

Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Gəncədəki peşə təhsili mərkəzində “açıq qapı” günü keçirilib. Məqsəd peşə təhsil mərkəzləri haqqında məlumatlılıq səviyyəsini yüksəltməyə, peşə təhsilinin ölkədə qadın və kişilər üçün müvafiq təhsil seçimlərindən biri olaraq təqdim etməyə, ümumilikdə peşə təhsilinin cəlbediciliyini artırmağa kömək etməkdir. Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində baş tutan tədbirə ümumilikdə 19 orta məktəbdən 700 nəfərədək yuxarı sinif şagirdləri, valideynlər, müəllimlər, eləcə də dövlət qurumlarının nümayəndələri və özəl sektorun təmsilçiləri qatılıb.