• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1820
— 25.04.2022 19:38

Yeni üsulla tut ipəkqurdlarının seleksiyası aparılır

KepezTV Player

Azərbaycanda xaricdən gətirilən barama qurdları üzərində yeni seleksiya işləri aparılır. Eləcə də 2 yeni hibridin alınması əsas hədəflərdəndir. Heyvandarlıq və AqroMexanika Elmi Tədqiqat İnstitutları arasında bağlanan əməkdaşlıq müqaviləsi çərçivəsində yeni tut ipəkqurdu yumurtasının inkubasiya qurğusu da yaradılıb.

60-a yaxın cinsin genofondda qorunaraq saxlanıldığı Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun Tut ipəkqurdu laboratoriyasında yeni  seleksiya işləri aparılır. Ötən il 2 yeni tut ipək qurdu hibridi və cinsi yaradan elmi işçilər təsdiq üçün sort sınaq stansiyasına göndəriblər. Hazırda isə xaricdən gətirilən yeni cinslər üzərində seleksiya işləri aparılır.

İnstitutda yeni tut ipəkqurdu laboratoriyası da yaradılıb ki, məqsəd Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qarşıya qoyulan öhdəliyi vaxtında yerinə yetirməkdir.

AqroMexanika Elmi Tədqiqat İnstitutu tərəfindən ipəkqurdu yumurtasının inkubasiya qurğusu da yaradılaraq laboratoriyaya verilib. Qurğu elmi işçilər tərəfindən sınaqdan keçirilir. Modul tipli olan aparatda nəmləndirmə, tempuratur, havalandırma, işıqlandırma sistemi quraşdırılıb. Avtomatik idarə etmə sistemi yaradılıb.

Qənaət etməyə imkan verən qurğu vasitəsilə ümumilikdə 20 kq toxum diriltmək mümkündür. Bu da maya dəyərini aşağı salır və fermerlər üçün sərfəli hesab edilir.

 

Elnur Vahidoğlu