• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2311
— 25.04.2022 19:40

Prezident İlham Əliyev Emmanuel Makronu təbrik edib

KepezTV Player

Prezident İlham Əliyev Fransa Respublikasının Prezidenti Emmanuel Makrona vəzifəsinə yenidən seçilməyi münasibətilə təbrik məktubu göndərib. "Ümidvarıq ki, hazırda Avropa İttifaqına sədrlik edən Fransa Respublikası Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması məqsədilə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, tərəfimizdən təqdim edilən beş prinsip əsasında ölkələr arasında sülh müqaviləsinin hazırlanması prosesinə öz dəstəyini verəcəkdir" deyə dövlət başçısı bildirib.