• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2190
— 25.04.2022 19:54

Gəncənin Kəpəz və Nizami rayon məhkəmələri ləğv edilib

KepezTV Player

Prezident İlham Əliyev Gəncə Şəhər Məhkəməsinin təşkili haqqında Sərəncam verib. Sənədə əsasən, Kəpəz Rayon Məhkəməsi və Nizami Rayon Məhkəməsi ləğv edilib. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilib ki, Gəncə Şəhər Məhkəməsinin təşkili ilə əlaqədar məhkəmələrin ərazi yurisdiksiyasında müvafiq dəyişikliklər etsin; Gəncə Şəhər Məhkəməsinin hakimlərinin ştat sayını müəyyən etsin; Gəncə Şəhər Məhkəməsinin hakimlərinin təyin edilməsi ilə bağlı təkliflərini 2022-ci il iyunun 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.