• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2416
— 25.04.2022 12:05

İftar süfrəsi təşkil edilib

KepezTV Player

Ruzi-bərəkət, həmrəylik, dostluq-qardaşlıq, sevgi və mərhəmət ayı hesab olunan Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin və dini-mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edən mübarək aydır. Müqəddəs hesab edilən Ramazan günlərində iftar süfrəsinin təşkil edilməsi cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlət-din arasında sıx birliyin bariz nümunəsidir. Bu məqsədlə, Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Milli Məclisin deputatı Anar Məmmədovun dəstəyi ilə, iftar süfrəsi təşkil edilib. İftar mərasimində “Qurani-Kərim”dən ayələr oxunub, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilib. Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının əziz xatirələri anılıb, ruhlarına dualar oxunub. Ölkəmizdə milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən, bütün dünyaya nümunə olacaq tolerantlıq mühitindən, Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan, eləcə də aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən söz açılıb.