• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 900
— 24.04.2022 18:09

Təhsil işçiləri mina təhlükəsi ilə bağlı maarifləndirilib

KepezTV Player

 

Təhsil Nazirliyi tərəfindən Gəncə, Göygöl və Samuxun təhsil işçiləri üçün "Mina təhlükəsizliyi"nə dair maarifləndirici konfrans keçirilib. Konfrans iştirakçıları risklər və təhlükəsiz davranış qaydaları haqqında məlumatlandırılıblar. Fərqli mina növləri və əldə qayırma partlayıcı qurğular, minalardan və partlamamış sursatlardan qorunmaq qaydaları barədə geniş məlumat verilib. İşğaldan azad edilən ərazilərdə ermənilərin basdırdığı minaların təhlükə mənbəyi olduğu diqqətə çatdırılıb. Bunun üçün də maksimum ehtiyatlı olmaq, təhlükə hesab edilən ərazilərə getməmək tövsiyyə edilib. 12 nömrəli orta məktəbdə "Minadan qorunmağın yolları" adlı açıq dərsdə şagirdlərə minaların təhlükəli tərəfləri və minalı ərazilərdə necə diqqətli olmaq, mina ilə qarşılaşdıqda necə rəftar etmək barədə praktik bilgilər verilib.