• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 946
— 24.04.2022 19:19

Gəncədə iftar mərasimi təşkil edilib

KepezTV Player

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Gəncə şəhər "Qazaxlar" məscidi dini icmasının təşkilatçılığı ilə Gəncədə iftar mərasimi təşkil edilib. Mərasimdə şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayan mərasimdə şəhid anaları çıxış ediblər. Sonda Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib, onların ruhuna dualar oxunub.