• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 678
— 24.04.2022 19:20

Gəncədə Pasxa bayramı qeyd olunub

KepezTV Player

Qərb bölgəsində yaşayana povaslavlar hər il olduğu kimi, bu il də pasxa bayramını Gəncədə fəaliyyət göstərən Aleksandr Nevski adına Rus-Provaslav kilsəsində qeyd ediblər. Şamlar yandırılıb, dualar oxunub, bir sıra dini ayinlər icra edilib. Dini ayinlərdən sonra hər kəs bayram süfrəsi başına toplanır və ənənəvi pasxa şiriniyyatlarının dadına baxırlar. Gəncə və ümumilikdə qərb bölgəsində kifayət qədər provaslav yaşayır. Onlar iki əsrə yaxın yaşı olan kilsədə ibadət edir, xiristian aləminin əlamətdar günlərini keçirirlər.